Müasir Rusiya geosiyasi məktəbi

Автор работы: Пользователь скрыл имя, 11 Марта 2013 в 17:58, реферат

Описание работы

Nasionalist-sağçılar cərəyanının əsas nümayəndəsi Aleksandr Duqin hesab edilir. A.Duqin özünün əsas “Neoavrasiyaçılıq” nəzəriyyəsinin yaranması səbəbini və zərurəti kimi 1980-ci illərdə Sovet sisteminin özünü doğrultmaması və qısa zaman ərzində ideologiyanın çökməsini və köhnəlməsini misal göstərir. Onun fikrincə bu region yeni “Avrasiya Evi” düşüncələrini diqqətlə nəzərdən keçirməlidir.

Файлы: 1 файл

Geosiyaset.docx

— 208.65 Кб (Скачать файл)


 

Bakı  Slavyan Universiteti

 

Beynəlxalq münasibətlər fakültəsinin IV kurs tələbəsi Fuad Şahbazovun sərbəst mövzuları

 

Fənnin adı: Geosiyasət

 
 

02.12.2012

 

 

Müasir Rusiya geosiyasi məktəbi

Müasir Rusiya geosiyasi məktəbinin əsas istiqamətləri:

  1. Radikal-sağçı
  2. Radikal-solçu-millətçi

Nasionalist-sağçılar cərəyanının əsas nümayəndəsi Aleksandr Duqin hesab edilir. A.Duqin özünün  əsas “Neoavrasiyaçılıq” nəzəriyyəsinin yaranması  səbəbini və zərurəti kimi 1980-ci illərdə Sovet sisteminin özünü doğrultmaması və qısa zaman ərzində ideologiyanın çökməsini və köhnəlməsini misal göstərir. Onun fikrincə bu region yeni “Avrasiya Evi” düşüncələrini diqqətlə nəzərdən keçirməlidir.

A.Duqinin yeni nəzəriyyəsinə əsasən cəmiyyət yeni siyasi-sosial modelə ehtiyac duyur. Bu model müəyyən qədər Qərb ölkələrinin modelinə bənzəsə də həddən artıq Qərbə inteqrasiyanı qətiyyən inkar edir. Neoavrasiyaçılığın sosial-fəlsəfi aksenti roman-german mədəniyyəti və anqlo-sakson mədəniyyətinin xüsusən də ABŞ-ın tənqidinə yönəlib. Nəzəriyyənin ideyalarına əsasən Qərb, qəddar, ekspansionist ruhlu “atlantist”lərdən ibarətdir. (ABŞ və Böyük Britaniya)

Məhz nəzəriyyənin anlayışında “roman-german”  termini antiavrasiyaçı Qərb mənasını verir. A.Duqinə  görə neoavrasiyaçılıq anlayışı özündə aşağıdakı  bəndləri birləşdirir:

İdeokratiya: Avrasiyaçılığın dövlətdə əsas ideologiya və ali dini dəyər olmasını təlqin edən anlayışdır. İdeokratiya əsasında hər bir vətəndaş ən ali dini dəyərlərə və məqsədlərə sadiq qalmalıdır.

Avrasiyaçılıq seçimi: əsas mahiyyəti yaşadığın cəmiyyətdə kollektiv təhlükəsizlik, qarşılıqlı yardım, dözümlülük və ali hakimiyyətə sədaqətlilik prinsiplərinə əməl etməkdən ibarətdir.

Demotiya (yunan demokratiyasından fərqli olaraq): Dövlət yerli və kənd sovetləri tərəfindən idarə edilməlidir. Xalqın rəyi dinlənməlidir və iyerarxiya sistemi qorunub saxlanmalıdır. Duqin bu sözlərlə klassik geosiyasətdən müasir geosiyasətə keçid etmir. Əksinə, klassik dövrə qədərki geosiyasətə dönüş edir və hesab edir ki, neoavrasiyaçılıq  nəzəriyyəsində keçmiş, yəni itirilmiş dəyərlərin bərpası əslində bu regiondakı bütün problemlərinin həllinin açarıdır.

Rusiya geosiyasət məktəbinin radikal-solçu cərəyanının əsas nümayəndəsi Kommunist Partiyasının rəhbər Qennadiy Zyuqanov hesab edilir. Q.Zyuqanovun yazdığı kitablarda “Avrasiyaçılığa” “Sovet ideologiyasına” və müasir Rusiyanın geosiyasi vəziyyətinə dair maraqlı məlumatlar verilir.

Ən məşhur kitabı olan “Minilliklərin astanasında” kitabında Zyuqanov indiki Rusiyanın Qərblə qarşıdurmasını müəyyən qədər ədalətli qarşıdurma olduğunu vurğulayır.

Kitabın əvvəlində Zyuqanov Qərbi “dəniz gücü” olan ərazi, Rusiyanı isə “quru gücü” olaraq təsvir edir. Buna görə də onların maraqları heç bir zaman üst-üstə düşmür və düşə də bilməz. Onun fikrinə əsasən Qərbin Rusiyaya qarşı təzyiqləri və hərbi ekspansiyalarının nəticəsində güclü və fövqəl Rusiya ortaya çıxacaq.

Həmçinin Zyuqanova görə XIX əsr “Ədalətlilik”  prinsipi formalaşmağa başlamış, XX əsrdə bu inkişaf müəyyən qədər dayanmış və XXI əsrdə “çox qütblü” sistemin yaranması ilə dünyada ədalət prinsipi bərqərar olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Alfred Mexenin “Dəniz gücü” konsepsiyası

Amerikalı geosiyasətçi və dənizçi Alfred Mexenin “Dəniz gücü” konsepsiyası dünya geosiyasətində  əhəmiyyətli yerlərdən birini tutur. Uzun müddət sonra da onun yazdığı kitab

bir çox monarxların və dövlət başçılarının stolüstü kitabı olmuşdur.

Alfred Mexen Amerika Hərbi Dəniz Akademiyasını  məzunu olmuş, bir müddət gəmidə “miçman” kimi fəaliyyət göstərmiş daha sonra Oksford və Kembric Universitetlərində  təhsil almışdır. “I dərəcəli kapitan” rütbəsini aldıqdan sonra A.Mexen əsasən dəniz strategiyası və onun siyasətə  təsiri məsələlərini öyrənirdi.

1889-cu ildə “Dəniz gücünün təsiri və  əhəmiyyəti” adlı kitabını nəşr etdirir. Kitab  “1660-1783-cü illər” dövründə dəniz gücündən bəhs edir və həmin dövrlə öz yaşadığı dövrlər arasında olan fərqləri izah edir. Kitab 1660-1783-cü illər  ərzində dənizdə koloniyaların müdafiə edilməsi uğrunda aparılan dəniz müharibələrindən bəhs edir. Həmçinin burda A.Mexen bəşər övladının taleyinin “Marinizm”lə sıx bağlı olduğunu qeyd edir. Ona görə “Dənizi idarə edən” bütün dünyanı rahatlıqla idarə edə bilər. Mexen bu qüdrətin yalnız çoxsaylı və qüvvətli dəniz donanmasını hesabına əldə olunacağını yazırdı. Onun fikrincə “Güclü yelkənli gəmi donanması” bu sahədə ən ideal variant idi.

Dəni döyüşlərini növlərə bölən müəllif, əsas dəni döyüşlərini xüsusi təsvir edirdi. Ona görə  əsas dəniz döyüşü zamanı düşmənin zədələnmiş  gəmiləri girov götürülməli və hərbi dəniz bazalarında blokada edilməlidir. Bu deyim təbii olaraq sonrakı dəniz döyüşlərinə  hazırlıqda və donanmaların inşasına öz təsirini göstərdi.

Lakin Rus-Yapon müharibəsi, I və II Dünya müharibələri əslində A.Mexenin tam olaraq haqlı olmadığını  göstərdi. “Əsas döyüş və son döyüş” bu müharibələrin heç birində baş tutmadı. Bütün döyşlər xüsusi desant və ya antidesant əməliyyatı tərzində aparılmışdır.

 Bu kitab təkcə Avropada 30 dəfədən çox nəşr edilmişdir. Ikinci və ən populyar kitablarından biri də “Dəniz gücünün 1789-cu il Fransa inqilabına təsiri” olmuşdur.

Lakin “Havay əməliyyatı” döyüşünü  – Perl Harborun 7 dekabr 1941-ci ildə Yaponlar tərəfindən məhv edilməsi müvəqqəti də olsa onların Sakit okeanda ağalığına gətirib çıxardı. Bu əməliyyatın qlobal nəticələri göz qarşısında idi. Miduey döyüşündən sonra isə vəziyyət yenidən ABŞ-ın xeyrinə dəyişdi.

Lakin Mexen nəzəriyyəsinin özü-özlüyündə  çatışmazlıqları çox idi.  Müəllifin yalnız fransız və ingilis mənbələrinə müraciət etməsi və yalnız Amerika-Avropa donanmları haqqında şərhlər verməsi onun başqa ölkələrin donanmaları haqqında elə də güclü  görüşlərə sahib olmamasını göstərir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çinin müasir geosiyasətinin təsnifatı

Müasir Çinin geosiyasəti əsasən ikili anlam daşyır. Bu onunla əlaqədardır ki, Çin tarix boyu “Orta çarlıq” olaraq adlandırılmış və Sakit okeanın sahilyanı ərazisi kimi görülmüşdür.

Çinin okeanla geniş sərhədə malik olmasına baxmayaraq, tarix boyu talassokratik dövlət əvəzinə özünü “kontinental güc” olaraq görmüşdür. Bunun digər bir səbəbi də, Çinin uzun müddət Qərbin (əsasən Britaniya) koloniyalarından biri olması idi. Məhz buna görə həmin dövrdən 1949-cu ilə qədər Çinin geosiyasəti “atlantizm” cərəyanına daha yaxın olmuşdur.

1949-cu ildə “Homindan” üzərində  qələbədən və ÇXR-in elan edilməsindən sonra Çin əsasən  “prosovet” siyasətinə keçdi. Həmin dövrdə də  Çin əsasən Avrasiyanın hərbi dəniz bazası rolunu oynayırdı. Lakin sonradan ölkə “prosovet” siyasi xəttindən imtina edərək “Avtarkiya” siyasi siteminə (“Öz gücünə  inam”) keçid aldı. 

Mao Tsze Dunun ölümündən sonra, 70-ci illərdə  Çin yenidən “atlantizm” ideyalarına yaxınlaşmağa başladı. Bu əsasən Çin islahatlarının atası – Den Syaopinin apardığı siyasi kurs ilə bağlı idi. Çinə görə Qərb ölkələri ilə əlaqələri SSRİ (hazırda Rusiya ilə) ilə əlaqələrdən daha sərfəlidir. Çünki Qərb ölkələrindən onlar yeni sərmayələr, müqavilələr, texnologiyalar əldə edir və ölkə daxilində daha intensiv inkişafın sürətlənməsinə yardım edir.

Ikinci bir səbəb, rəsmi Pekin yaxın gələcəkdə  əhalinin sayının 2 milyarda yaxın artacağı haqda rəsmi bəyanat verib. 2 milyard əhali gələcəkdə yeni ərazilərə olacaq iddialardan xəbər verir. Yeni ərazilər isə əsasən Uzaq Şərqdə, Baykal ətrafında, Qazaxıstandadır. Lakin Rusiya ilə olan mehriban qonşuluq siyasəti Çinə Qazaxıstan və Monqolustan ərazilərində rahat manevr etməsinə mane olur. Güclü Çin özü də Rusiya üçün sərhəd ərazilərində təhlükə deməkdir. Həm “atlantizm”in dayağı səbəbilə, həm də çoxsaylı əhalisinə görə.

Çinin ambisiyalı dövlət olduğunu sübut edən bir neçə fakt mövcuddur. Hələ 1965-ci ildə Çin KP MK (b) –nın Baş Katibi Mao Tsze Dun partiyanın iclasında çıxış edərək bildirmişdir ki, “4000 il bundan əvvəl Çində əlifbanın mövcud olduğu dövrdə, Rusiya ərazisində məskunlaşan varvar tayfaları hələ də heyvan dərisində gəzişirdilər”. Bu bəyanat Çində  şovinizmin nə dərəcədə yüksək olduğunun digər nümunəsidir.

Bu şovinizmi çinlilər məskunlaşdığı  hər bir ölkədə və ərazidə nümayiş etdirirlə. 1998-ci ildə İndoneziyada yerli əhalinin çin məhəllələrinə  hücumu da bu şovinizm hissləri ilə bağlı idi. Bu yolla onlar Çinin İndoneziyanı uzun müddət istismar etməsinə  cavab vermişdilər.

Çin bu gün də Rusiyanın cənub sərhədlərində və Uzaq Şərqdə potensial geosiyasi rəqib olaraq qalmaqdadır.

Rusiya-Çin münasibətləri bu gün mehriban qonşuluq səviyyəsində inkişaf etməkdədir. İki ölkə regionda yeni beynəlxalq münasibətlərin və düzəninin qurulması  sahəsində əməkdaşlığa davam etmək (1997-ci il,Moskva razılaşması) niyyətində olduqlarını bildirmişlər.

 

 

 

 

 

 

 

 

 

 

 


Информация о работе Müasir Rusiya geosiyasi məktəbi